Ötən gün 43,4 kq-dan artıq narkotik vasitə aşkarlandı

Sosial

15.03.2025 10:41

1273

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən  məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,