Ötən ay övladlığa verilən uşaqların sayı açıqlandı
Sosial Xidmətlər Agentliyi fevral ayında 12 uşağı övladlığa verib.
TodayPress xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.
tag: ƏƏSMN,Uşaq,Övladlıq,Agentlik,Todaypress.az,