Oruc tutmuşdu, başgicəllənməsindən yıxıldı- Məktəblinin ölüm səbəbi
Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq
dünyasını dəyişib.
TodayPress "Teleqraf"a istinadən verdiyi məlumata görə, hadisə
martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında
baş verib.
2012-ci il
təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq
həyatını itirib.
Mərhumun babası
Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş:
"Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik
ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi,
yalnız su içdi".
Hüseyn daha sonra
eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman
eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.
Hüseyn Bakı
şəhəri, Nizami rayonunda 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı.
O, əlaçı idi.
Faktla bağlı
araşdırma aparılır.
tag: Yıxılma, Oruc, Bina, Tonqal, Bakı, todaypress.az,