Ordubadda yol qəzası baş verdi, 4 nəfər xəsarət aldı

Sosial

20.03.2025 13:55

1885

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisədə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

tag: Ordubad,Qəza,Xəsarət,Yaralı,Todaypress.az,