Ordubadda həmkəndlisini öldürən şəxs saxlanıldı

Sosial

14.06.2024 01:50

İyunun 13-də Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TodayPress xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalar nəticəsində 976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Rəsulov şübhəli şəxs qismində tutulub.

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır (azərtac).

tag: Ordubad, Unus kəndi, Bıçaq, Cinayət Məcəlləsi, todaypress.az,