Ölkənin yarıdan çoxu icbari tibbi sığortadan istifadə edir

Sosial

29.10.2024 11:42

2625

“İnsanların bizi dinləməsinə nail olmalı, hər bir vətəndaşın həyatına ciddi təsiri olacaq bu yeni başlanğıcın uğuruna inandırmalı, əhalinin gözləntiləri ilə bizim təklifimiz arasında balansın yaradılmasına çalışmalı idik. Bizim əsas məqsədimiz insanlar və qurum arasında kommunikasiya problemlərini aradan qaldırmaq və insanları bu sistemə alışdırmaq idi”.

TodayPress xəbər verir ki, bunu Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Kommunikasiya Strategiyasının icrasının cari vəziyyəti və yenilənmiş "its.gov.az" saytının təqdimatında deyib. 

Onun sözlərinə görə, əgər 5 il əvvələ nəzər yetirsək, pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində cəmi 1825 tibbi xidmətin təminata alındığını görmüş olarıq. Hazırda isə onların sayı 2 dəfə artaraq 3315-ə çatıb, artım 80%-dir. Gələcək də bu xidmətlərin sayı artacaq:

“Təkcə ötən il 176 media sorğusu daxil olub ki, onlardan 168-i təmin olunub, 8-i isə yönləndirilib. Bundan başqa, sosial media üzərindən isə 6947 ədəd müraciət olunub. 

İts.gov.az saytı artıq insanlar üçün daha əlçatan olub. Belə ki, 2023-cü ildə sayt istifadəçilərinin sayı 350 mini ötürdüsə, artıq bu say il tamamlanmasa da 480 mini ötüb. 

Ölkənin yarıdan çoxu icbari tibbi sığortadan istifadə edir”. 

Töhfə Səməd

tag: Sığorta, Sosial, İcbari, Aynurə Əhmədova, todaypress.az,