Oğuzda yük avtomobili yandı kül oldu

Sosial

01.02.2025 06:44

Oğuzda yük avtomobili yanıb.

TodayPress xəbər verir ki, yanğın Oğuz-Qəbələ yolunda 1988-ci il təvəllüdlü Hüseynəliyev Samiq Vəli oğluna məxsus "Ford Transit" markalı yük avtomobilində baş verib. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

 

tag: Avtomobil,Yük, Yanğın, Oğuz, Qəbələ, todaypress.az,