Oğuzda qoyun otarmağa gedən kişinin meşədə meyiti tapıldı
Sosial
05.06.2024 01:08
Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb
TodayPress xəbər verir ki, hadisə Sincan kəndində baş verib.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Anar Məmmədyarov dünən səhər saatlarında qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib. Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri A.Məmmədyarovu axtarmağa başlayıblar.
Lakin onu ərazidə ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır (report)
tag: Sincan, Oğuz, Hadisə,Meşəlik ərazi, todaypress.az,