Oğuzda maşının ağaca çırpıldı - Xəsarət alanlar var
Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
tag: Oğuz, Ağac,Çırpılma, Xəsarət, todaypres.az,