Oğuzda it kişiyə hücum etdi, burnu amputasiya olundu
Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib,
burnu amputasiya olunub.
TodayPress xəbər verir ki, hadisə rayonun Calud kəndində baş verib.
Kənd sakini
1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum
edərək ona ağır xəsarətlər yetirib. B. Xamdıyev Şəki Rayon Mərkəzi
Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.
Şəki RMX-da B. Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun
yumşaq toxumaları tam amputasiya olunub.
İt hücum edən
zaman B. Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də
alıb. O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə
evə buraxılıb.
tag: Oğuz, İt, Quduz, Kişi, Xəsarət, todaypress.az,