Oğuzda ağacdan asılmış meyit tapıldı

Sosial

21.03.2025 17:05

1642

Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

TodayPress xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

tag: Oğuz,Meyit ,Muxas,Camal Əkbərov,todaypress.az,