Oğuzda 2 yaşlı uşaq kanalda boğuldu

Sosial

12.07.2024 22:57

Oğuzda 2 yaşlı uşaq kanalda boğulub.

TodayPress xəbər verir ki, Bədbəxt hadisə rayonun Qumlaq kəndində baş verib.

Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2 yaşlı Ayxan Əzizov həyətyanı ərazidən keçən su kanalına düşərək boğulub.

Hadisədən xəbər tutan ailə üzvləri körpəni həkimə çatdırmaq istəsələr də, o, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

tag: Oğuz, Azyaşlı, Qumlaq, Mingəçevir, todaypress.az,