Oğuza düşən dolu təsərrüfata ciddi ziyan vurdu
Sosial
22.06.2024 00:20
Oğuzun dağ ətəyi kəndinə dolu yağıb, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
TodayPress xəbər verir ki, axaşam saatlarından başlayaraq Şimal-qərb bölgəsində hava şəraiti yenidən dəyişilib.
Bəzi ərazilərə qısa müddətli leysan yağıb, dolu düşüb və güclü külək əsib. Qeyri-sabit hava şəraiti Oğuz rayonunun rayon mərkəzindən 35 km uzaqlıqda dağ ətəyində yerləşən Xaçmaz kəndində daha çox büruzə verib. Kəndin müəyyən ərazilərinə 10-15 dəqiqə ərazində leysan yağışı ilə birlikdə dolu yağıb.
Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyı məlumata görə, may ayının sonlarından bəri kəndin ərazisinə artıq 6-cı dəfədir ki, dolu yağıb. Son ay ərazində yağan dolu və leysan yağışları səbəbindən kənd əhəlisinin şəxsi təsərrüfatlarında bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. Demək olar ki, şəxsi təssərrüfatlarda bostan-tərəvəz və ağaclarda meyvə yox səviyyəsindədir.
Qeyd edək ki, hazırda Şimal-qərb bölgəsini əhatə edən rayonlarda qeyr-sabit hava şəraiti davam edir. (apa)
tag: Oğuz, Dolu, Təsərrüfat, Qeyri-sabit hava, todaypress.az,