Oğuz sakini Bakıda hamamda ölü tapıldı
Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.
TodayPress xəbər verir ki, rayonun Padar kənd sakini,
1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə
qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb.
Məlumata görə, bir müddətdir Bakı şəhərində işləyən 31
yaşlı B.Babakişiyev həmin mənzildə tək yaşayıb.
B.Babakişiyevin dəm qazından öldüyü ehtimal edilir.
Fakt araşdırılır.
tag: Oğuz, Bakı, Hamam, Dəm Qazı, todaypress.az,