Oğurluq edən şəxslər saxlanıldı

Sosial

04.04.2025 11:35

889

Sabunçu rayonu ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilindən 2 mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisində yerləşən bankomatların birindən bir nəfərin 108 manatını oğurlamaqda şübhəli bilinən 34 yaşlı H.Xıdırovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,