Oğurluq edən şəxslər polis tərəfindən saxlanıldı

Sosial

05.04.2025 13:54

2806

Binəqədi rayonunda iki nəfərə məxsus ümumilikdə 700 manat dəyəri olan velosipedlərin oğurlanması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.   

Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı F.Salmanov və qardaşı 39 yaşlı E.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daha bir oğurluq hadisəsi isə Qaradağ rayonunda baş verib. Bir nəfərin içərisində 634 manat olan pul kisəsinin oğurlandığı barədə polisə məlumat verib.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. 

Araşdırma aparılır.

tag: Oğurluq, Polis, Pul, Qızıl, todaypress.az,