Oğurladığı pulları mərc oyunlarında uduzan qadın saxlanıldı

Sosial

19.10.2024 11:55

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

TodayPress xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.

tag: Qızıl,Oğurluq, Pul, Araşdırma, Hadisə, todaypress.az,