Növbəti sertifikasiya imtahanlarının tarixi açıqlandı
Sosial
13.06.2024 11:39
Müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti test imtahanları 21, 22 və 24 iyun tarixlərində keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edib.
Qərara əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq müəllimlər test imtahanı verəcəklər. Bura riyaziyyat və xarici dil (ingilis, rus, Azərbaycan (rus bölməsi), alman, fransız və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri daxildir.
Qeyd edək ki, bu il 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin avqustda keçirilməsi gözlənilir.
tag: Müəllimə,Sertifikasiya, İmtahan,Tarix, Qərar, todaypress.az,