Növbəti köç karvanı Suqovuşana çatdı - YENİLƏNDİ
Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
TodayPress xəbər verir ki, ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.
Qeyd edək ki, artıq Suqovuşana köçün 3-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 126 ailənin köçürülməsi təmin edilib.
***
13:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
TodayPress xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə - bu il aprelin 5-də isə kəndə 53 ailə - 174 nəfər köçürülüb.
tag: Köç,Qayıdış,Qarabağ,Suqovuşan,Todaypress.az,