"Nizami" stansiyası sərnişinlərin girişinə bağlandı - RƏSMİ AÇIQLAMA

Sosial

19.10.2024 10:55

"Nizami-28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib və dərhal dispetçer mərkəzinə məlumat verib. "Bakı Metropoliteni"nin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb”. 

TodayPress xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumuna dərhal məlumat verərək yanğınsöndürmə qrupu dəvət edilib. "Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində baş verən tüstülənmənin qarşısı alınıb. 

“Sərnişinlər və hərəkət təhlükəsizliyi ilə bağlı hər hansısa neqativ hal yaşanmayıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub” deyə məlumatda qeyd edilib.

Töhfə Səməd

tag: Bakı Metropoliteni, Tüstülənmə, Sərnişinlər, Nizami, 28 May, todaypress.az,