Nəsimi və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanıldılar
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında yerləşən 2 evdən 3900 manat pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı N.Məhərrəmli və 26 yaşlı Q.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nizami rayonu ərazisində 2 şəxsin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 47 yaşlı R.İsmayılovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
tag: Oğurluq,Daxili İşlər Nazirliyi,Qumbara,Polis,todaypress.az,