Nəsimi rayonunda “ABAD HƏYƏT” sakinlərin istifadəsinə verildi - FOTO
Sosial
27.12.2024 12:35
1 əsrə yaxın yaşı
olan Nəsimi rayonundakı bu həyət qış vaxtı olsa da yaşıl örpəyə bürünüb. Xeyli
sayda şam ağacı və 500-ə yaxın mövsimi güllər məhəllənin hər tərəfini bəzəyib.
TodayPress xəbər
verir ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və
oturacaqlar da qoyulub.
Binanın daimi
sakinlər bildirirlər ki, 1932-ci ildə tikilən bu binalar o gündən bu yana heç
vaxt təmir üzü görməyib. Lakin indi onların da həyəti abadlaşıb. Sakinlərin də
qeyd etdiyi kimi, daha əvvəl həyətdə uşaqların oynaması üçün kifayət qədər
qurğu olmayıb. Mövcud olanlar isə sınıq-salxaq və əlvəreşsiz şəraitdə imiş.
Lakin indi binanın balaca sakinləri və gənclər olduqca xoşbəxt və sevinclidirlər.
Çünki onların asudə vaxtını səmərəli keçirmələri üçün geniş oyun meydançası və
idman qurğuları quraşdırılıb.
Hazırda rayonun
daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır, hər
həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni
ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq
edilir.
Qeyd edək ki, rayon
ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük
razılığı ilə qarşılanır.
Töhfə Səməd
tag: Nəsimi rayonu, Abad həyət, Yenidənqurma, Abadlıq, todaypress.az,