“Nəsillərarası həmrəylik” mövzusunda dəyirmi masa təşkil olundu

Sosial

14.05.2025 12:46

5

Beynəlxalq Ailə Günü münasibətilə mayın 14-də Sosial Tədqiqatlar Mərkəzində “Nəsillərarası həmrəylik: ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa təşkil olunub.

TodayPress xəbər verir ki, tədbirdə STM-in son nəşrlərindən biri olan “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” adlı hesabatın nəticələri təqdim olunub. 

Dəyirmi masaya STM İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova moderatorluq edib. 

O, tədbirin açılışında ailə institutunun dayanıqlı cəmiyyət üçün vacibliyini vurğulayıb.     

Hesabatın müəllifi, STM-in sektor müdiri Humay Axundzadə çıxışında sözügedən sahədə ölkə miqyasında ilk genişmiqyaslı tədqiqatın nəticələrini açıqlayıb. 

O bildirib ki, araşdırma çərçivəsində nəsillərarası birgəyaşayış, ailədaxili yardım formaları, müxtəlif nəsillərin bir-biri ilə kommunikasiya səviyyəsi, eləcə də sosial dəyişikliklərin ailə münasibətlərinə təsiri analiz olunub. 

Tədqiqat nəticələrinə əsasən, yaşlılara və uşaqlara qayğı məsələsində həm davamlı, həm də dəyişkən sosial normalar müşahidə olunur.   

H.Axundzadənin sözlərinə görə, qlobal tendensiyalar artıq Azərbaycan ailə modelində də öz təsirini göstərməyə başlayıb. 

Qiymət Mahir

tag: STM,Tədbir,Təlim,Dəyirmi Masa,Todaypress.az,