Nərimanovda qəza səbəbindən su olmayacaq - RƏSMİ

Sosial

07.03.2025 15:30

1782

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. 

Qəza həcminin böyük olması səbəbindən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. 

"Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb" agentlikdən açıqlama verilib. 

Qeyd edək ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Töhfə Səməd

tag: Xocəsən ,Biləcəri ,Su,ADSEA,Qəza,todaypress.az,