Nərimanovda qəza səbəbindən nəqliyyat sıxlığı yarandı
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.
tag: DİN,Polis,Nərimanov,Qəza,Sıxlıq,Todaypress.az,

