Nərimanov və Sabunçuda qaz olmayacaq

Sosial

24.04.2025 17:09

12

Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə 25.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

TodayPress xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Qaz,Təchizat,Fasilə,Dayanma,Todaypress.az,