Neft Emalı Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNDİ 5

Sosial

05.03.2025 11:55

2128


Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb. 

TodayPress xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

****

11:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Neft Emalı Zavodunun ərazisindəki yanğını zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırıb.   

TodayPress xəbər verir ki, bu barədə FHN məlumat yayıb.   

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.  


***

10:51

Bakıda Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb edilib.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.   

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10:00 radələrində sözügedən yanğınla bağlı çağırış daxil olub, 3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

***

10:35

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.   

DİN-in Mətbuat Xidmətindən TodayPress-ə bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.  

***

10:18

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

TodayPress xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

tag: Neft,Yanğın,Ərazi,Emal,FHN,Todaypress.az,