“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşdü
“Neft Daşları”nda kran tarazlığını itirərək
dənizə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Report”un sorğusuna
cavab olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft”
İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft
və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma
bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı
tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.
Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan
oğlu həyatını itirib.
Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə
sahilə çıxarılıb.
tag: Neft Daşları, SOCAR, Tarazlıq, Azneft, Qazçıxarma, todaypress.az,