Neft Daşlarında dalğanın hündürlüyü 3.7 metrə çatdı
İyulun 27-si saat 17:00-a olan
məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
TodayPress Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,Daşkəsən, Altıağac,
Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.
Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron
yarımadasında 18-24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrdir.
tag: Neft Daşları, Bakı, Dalğa, Hava, todaypress.az,