Naxçıvanın Azərbaycana sürətli inteqrasiya: “Təbii qaz ehtiyacı tam ödənəcək” – RƏY

Sosial

06.03.2025 17:03

2142

“Naxçıvan artıq bir neçə ildir ki, Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatına sürətlə inteqrasiya olunur və inkişaf edir”.

İqtisadçı, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bunu TodayPress-ə danışarkən deyib. 

O, diqqətə çatdırıb ki, bu çərçivədə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın hazırlanıb və bu planın əsas istiqamətlərindən biri də enerji məsələləri olub.

"15 il ərzində Naxçıvan qaz təchizatı baxımından çətinliklərlə üzləşib və bu, enerji təminatında müəyyən problemlər yaradıb. Bu istiqamətdə mühüm addımlar atılıb və 2020-ci ildə Türkiyə və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Vətən müharibəsindən dərhal sonra isə Azərbaycan Naxçıvanın enerji məsələlərində İrandan asılılığını aradan qaldırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Bu layihə çərçivəsində Azərbaycan qazının İğdırdan Sədərək paylayıcı stansiyası vasitəsilə Naxçıvana ötürülməsi nəzərdə tutulub. Boru xəttinin tikintisi bir neçə il ərzində həyata keçirilib. Ümumilikdə 98-100 km uzunluğunda olan bu xəttin təxminən 17-18 km-lik hissəsi Azərbaycan, qalan hissəsi Türkiyə ərazisində yerləşir. Həmin boru xəttinin  rəsmi açılışından sonra isə Naxçıvanın enerji təchizatı tam şəkildə təmin ediləcək”. 

İqtisadçı vurğulayıb ki, daha əvvəl Azərbaycan, İranın müəyyən bölgələrinə enerji ixrac edir və əvəzində İran vasitəsilə Naxçıvana qaz tədarük edirdisə, yeni boru xətti vasitəsilə artıq SOCAR birbaşa olaraq Azərbaycan qazını Türkiyə üzərindən Naxçıvana çatdıra biləcək. 

Aysel Mətləb

tag: Asif İbrahimov,Naxçıvan,Azərbaycan,İnteqrasiya,Qaz,Todaypress.az,

photo