Naxçıvanda ovçu saxlanıldı, fermasında dağ keçiləri aşkarlandı

Sosial

04.04.2025 16:25

1673

Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar. 

Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.   

Araşdırmalar davam etdirilir.

tag: Naxçıvan,Dağ keçisi,Ferma,Ovçu,Todaypress.az,