Naxçıvanda ötən il yol qəzalarında ölən şəxslərin sayı açıqlandı
Sosial
23.01.2025 01:45
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər
ölüb, daha 20-i xəsarət alıb.
TodayPress xəbər verir ki, bunu Naxçıvan DİN-in
DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə müsahibəsində
bildirib.
O deyib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 29
ağır yol-nəqliyyat hadisəsi baş verib.
2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin
sayında 37 fakt, həyatını itirənlərin sayında 9 fakt, yaralıların sayında isə
54 fakt azalma olub.
Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində
66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74
nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
tag: DİN, DYP, Naxçıvan, Nəqliyyat, Qəza, todaypress.az,