Naxçıvanda müştəri ofisiant qadını bıçaqladı
Sosial
02.06.2024 00:10
Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlanıb.
TodayPress xəbər verir ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.
İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub.
Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (report.az).
tag: Naxçıvan,Beyləqan,Hadisə,Ofisiant,todaypress.az,