Naxçıvanda ilin ilk körpələri əkiz oldu

Sosial

01.01.2025 18:15

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

TodayPress xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

tag: Naxçıvan,Körpə,Əkiz,Perinatal Mərkəz,Ordubad ,todaypress.az,