Naxçıvanda erkən evliliyin qarşısı alındı
Sosial
22.10.2024 05:17
Naxçıvanın Babək rayonunda erkən evliliyə cəhd edilib.
TodayPress xəbər verir ki, Babək
rayon Kərimbəyli kənd sakini 23 avqust 2008-ci il təvəllüdlü, yetkinlik yaşına
çatmayan Z.L-nin (ad və soyad şərtidir) 10 oktyabr 1996-cı il təvəllüdlü Babək
rayon Qahab kənd sakini T.M. (ad və soyad şərtidir) ilə 18 oktyabr tarixində
toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat
əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin əməkdaşlarının, Babək Rayon İcra Hakimiyyəti yanında
Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə
Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq
qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin
valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu
halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Tərəflərin
valideynlərinin və yaxın qohumlarının aqressiya nümayiş etdirmələrinə
baxmayaraq aid təşkilatların nümayəndələrinin səyi nəticəsində yetkinlik yaşına
çatmayan şəxsin erkən evliliyinin qarşısı alınıb.
tag: Naxçıvan, Erkən Nikah,Babək, Azyaşlı,Evlilik, todaypress.az,