Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxıldı- YENİLƏNDİ

Sosial

22.03.2025 21:30

2313

Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

TodayPress xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.

 ***

16:53

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

TodayPress xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

tag: Naxçıvan,Dönər,Qida,todaypress.az,