Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırıldı

Sosial

10.01.2025 05:34

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.


TodayPress xəbər verir ki, qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

tag: Naxçıvan,Su,Cəmyyət, Su Xətti, Qəza, todaypress.az,