Narkotiklərə qarşı əməliyyat keçirildi
Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar.
Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Araşdırma aparılır.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,