Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı

Sosial

08.02.2025 15:16

2349

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb. 

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.

tag: Narkotik,Sürücü,Həbs,Reginal,Todaypress.az,