Narkotikin təsiri altında avtomobil idarə edən "Prius" sürücüsü saxlanılıb
Sosial
04.06.2024 08:42
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü M. Başaratov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisləri tərəfindən saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
M.Başaratovun barəsində müvafiq tədbir görülüb.
tag: "Prius",Daxili İşlər Nazirliyi,Narkotik vasitə,Qusar,todaypress.az,