Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

Sosial

28.10.2024 14:55

1912

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

TodayPress Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: Narkotik, İran,Dövlət Sərhəd Xidməti, İslam, Əməliyyat, todaypress.az,