Narkotik vasitələr satan iki nəfər saxlanıldı - FOTO
Sosial
18.01.2025 10:10
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb.
Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
tag: Saatlı Rayon Polis Şöbəsi,Aslan Abuşov,Marixuana,Narkotik,Həbs,Todaypress.az,