Narkotik vasitə və silah-sursat aşkarlandı

Sosial

29.03.2025 11:56

1598

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 32 yaşlı E.Kərimov saxlanılıb.

Onun üzərindən psixotrop maddə metamfetamin aşkarlanıb.

E.Kərimovdan əlavə olaraq 1 avtomat, 2 qumbara və 41 ədəd patron da aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

tag: DİN,Narkotik,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,