Narkotik dövriyyəsinə görə 2 nəfər həbs edildi
Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar.
Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,