Naftalanda yol qəzası: Yaralananlar var

Sosial

04.03.2025 21:11

1854

Naftalanda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

TodayPress-in məlumatına görə, Naftalanda iki avtomobilin toqquşması zamanı yaralanan iki nəfər xəstəxanaya çatdırıllb.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan biri 1979-cu il təvəllüdlü Goranboy rayon sakini İlkin Fizuli oğlu Süleymanov Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Naftalan, Yol, Nəqliyyat, Avtomobil, Goranboy, todaypress.az,