Nabat Abdulova: “2 il ərzində 172 nəfər reabilitasiya mərkəzlərinə cəlb olunub”

Sosial

24.10.2024 10:30

1021

“Son iki ildə sırf mina partlaması nəticəsində 172 nəfər reabilitasiya mərkəzlərinə cəlb olunub”. 

TodayPress xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Ekspertiza və Reabilitasiya Agentliyinin baş mütəxəssisi Nabat Abdulova “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, həmin şəxslərin sosial həyata inteqrasiyası və bir sıra məsələlər qurumun başlıca hədəfidir. Bundan başqa 109 nəfər isə ambulator xidmətlərinə cəlb olunub. 

Qeyd edək ki, tədbirdə Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olunur. 

Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən ANAMA, Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  “YAŞAT” fondu, Ombudsman Aparatı, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Töhfə Səməd

tag: Azərbaycan, ANAMA, Milli Məclis, QHT,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Nabat Abdulova, todaypress.az,