Muxtar Babayev: “Yaşıl yanacağa” keçid heç də asan proses deyil”

Sosial

04.10.2024 10:25

1113

“Yaşıl yanacağa” keçid heç də asan proses deyil. Amma istər-istəməz biz bu prosesə getməliyik”. 

TodayPress xəbər verir ki, bunu COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 4-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Xəzərin irsi" silsiləsindən olan "Daha az plastik, daha çox həyat təmiz dəniz üçün birlikdə!" devizi ilə “Azerbaijan Shipping Company”nin (ASCO) reallaşdırdığı "Art Plast" layihəsinin təqdimatında deyib. 

Onun sözlərinə görə, bu gün nəqliyyat sektorunda, xüsusilə də gəmiçilik milyon tonlarla emissiyalar havaya, atmosferə atılır. Bu da ümumi istiləşməyə ciddi təsir göstərir. Bunun qarşısını almaq isə ölkəmiz üçün prioritet məsələdir. 

Töhfə Səməd

tag: COP29, Prezident ,Ekologiya ,Yaşıl Dünya, Muxtar Babayev, Art Plast ,todaypress.az,