Müşfiq Ələsgərli: “Bu layihə Azərbaycan mediası haqqında təsəvvür yaratmaq üçün təsis edilib”
Sosial
27.11.2024 12:40
“Keçirilən sorğuların təkcə nəticələri yox, həm də problemin nədən qaynaqlandığı və onun həll yolu üçün tövsiyələr yer alıb”.
TodayPress xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsinin eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bu landşaft Azərbaycan mediası haqqında təsəvvür yaratmaq üçün təsis edilib. Azərbaycan Mətbuat Şurasının saytında bununla bağlı xüsusi kateqoriya da yaradılıb:
“Materialları həm Azərbaycan, həm də ingilis dilində əldə etmək mümkündür. Layihə, onun təşkilatçıları barədə, eləcə də Azərbaycanda medianı tənzimləyən qanunlar barədə məlumatlar da yer alıb”.
Töhfə Səməd
tag: Mətbuat Şurası, Müşfiq Ələsgərli, Azərbaycan,Layihə,Azərbaycan, todaypress.az,