MN: Hərbi hissə yaxınlığında obyektdə yanğın baş verdi, xəsarət alan yoxdur

Sosial

09.11.2024 00:01

Müdafiə Nazirliyin N hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan yoxdur.

tag: Müdafiə Nazirliyi, Yağın, Hərbi Hissə, Nazirlik, N Saylı, todaypress.az,