Mingəçevirdə qadın boşqabla ərinin başını yardı

Sosial

23.04.2025 22:50

10

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.

TodayPress-in məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.

Bildirilib ki, qadın ailədaxili  münaqişə və mübahisə zəminində həyat yoldaşı 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılov Ramil Hacıağa oğlunun başına  boşqabla ağır xəsarət yetirib.

Xəstəxanaya çatdırılan kişiyə alın-baş nahiyəsinə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Mingəçevir, Qadın, Boşqab, Baş, Yarmaq,